[b]“Zidan “Real”dan gedəcək” - kapitan[/b]
16.02.2018 - 13:11
[b]“Zidan “Real”dan gedəcək” - kapitan[/b]

“Real”ın kapitanı Serxio Ramos maraqlı açıqlama ilə gündəmə gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu baş məşqçi Zinəddin Zidanın mövsümün sonunda komandadan ayrılacağını söyləyib.

 

Ramos hətta Çempiolar Liqasını qazanacaqları təqdirdə belə, fransalı mütəxəssisin istefa verəcəyini vurğulayıb: “Real” rəhbərliyi bu yay yeni baş məşqçi axtarışına çıxa bilər. Çünki Zidan Çempionlar Liqasını qazansaq belə, ayrılacağını etiraf etdi. Bəlkə də, bu kuboku yenidən əldə edəcək. Amma ondan sonra istirahət etmək fikrindədi. Böyük ehtimalla belə olacaq”.

 

Qeyd edək ki, İspaniya Kral Kubokunda mübarizəni dayandıran, La Liqada çempionluq şansı minimuma enən “Real” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında PSJ üzərində 3:1 hesablı qələbə qazanıb.

0