[b]“Neftçi”də antirekord[/b]
16.02.2018 - 13:18
[b]“Neftçi”də antirekord[/b]

Orxan Hüseynzadə “Neftçi”nin tarixinə ən qısamüddətli prezident kimi düşüb. Apasport.az saytının məlumatına görə, bu gün istefa verən funksioner postunda cəmi 7 ay 10 gün qalıb.

 

Ötən ilin iyulun 6-da prezident təyin olunan Hüseynzadəyə kimi sələflərindən heç biri belə az müddət çalışmamışdı. 1988-ci ildən peşəkar futbol klubu kimi fəaliyyət göstərən paytaxt təmsilçisinin əvvəlki 6 prezidenti də, Müşahidə Şurası da daha çox fəaliyyət göstərməsi ilə diqqət çəkir.

 

7 ayla antirekord vuran 42 yaşlı sabiq prezidentə qədər ən az bu postu tutan Əkbər Hacıyev idi. Klub tarixinin 5-ci prezidenti 1 il 9 ay vəzifəsini icra edib.

 

“Neftçi”nin bütün prezidentləri

N

Prezidentlər

Müddəti

1

Aydın İbrahimov

1988, dekabr- 1997, iyul

2

Aqil Paşayev

1997, iyul – 2001, iyul

3

Ramiz Mirzəyev

2001, iyul – 2003, dekabr

4

Rövnəq Abdullayev

2004, fevral – 2008, mart

5

Əkbər Hacıyev

2008, mart – 2009, dekabr

6

Sadıq Sadıqov

2009, dekabr – 2015, mart

-

Müşahidə Şurası

2015, aprel – 2017, iyul

7

Orxan Hüseynzadə

2017, iyul – 2018, fevral

 

0