[b]Azərbaycan – Belarus oyununun hakimləri açıqlandı[/b]
16.02.2018 - 16:23
[b]Azərbaycan – Belarus oyununun hakimləri açıqlandı[/b]

Millimizin Belarusla oyununun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, martın 23-də keçiriləcək qarşılaşmanı latviyalı hakimlər briqadası idarə edəcək.

 

Bakı Olimpiya Stadionunda baş tutacaq Azərbaycan – Belarus yoldaşlıq oyununun baş hakimi Andris Treymanis olacaq. Ona Haralds Qudermanis və Alekseys Spasyonnikovs kömək edəcəklər. 

0