[b]“Qəbələ”nin məşqçisi texniki zonadan uzaqlaşdırıldı[/b]
17.02.2018 - 15:48
[b]“Qəbələ”nin məşqçisi texniki zonadan uzaqlaşdırıldı[/b]

Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində “Qəbələ” öz meydanında “Zirə” ilə qarşılaşır. Apasport.az saytı xəbər verir ki, ev sahiblərinin məşqçisi Sənan Qurbanov 41-ci dəqiqədə texniki zonadan uzaqlaşdırılıb.

 

Belə ki, baş məşqçi Roman Qriqorçukun köməkçisi olan Qurbanov epizodların birində hakimin qərarına sərt şəkildə etiraz edib. Matçın referisi Rauf Cabbarov isə bu hərəkətinə görə onu tribunaya göndərib.

 

Qeyd edək ki, ilk hissəsi başa çatan görüşdə “Zirə” 1:0 hesabı ilə öndədi.

0