[b]Paşayev keçmiş komandasına qarşı[/b]
18.02.2018 - 01:15
[b]Paşayev keçmiş komandasına qarşı[/b]

Ukrayna Premyer Liqasında XX tur davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya" da növbəti matçını keçirib.

 

Sözügedən komanda səfərdə “Stal”la qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Keçmiş komandası ilə matça start heyətində başlayan Paşayev 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki,  geridə qalan geridə qalan 20 oyundan sonra aktivində 19 xal olan “Aleksandriya” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

0