[b]“Səbail”ə keçmək onun təşəbbüsü idi” - Miyanın meneceri[/b]
19.02.2018 - 17:08
[b]“Səbail”ə keçmək onun təşəbbüsü idi” - Miyanın meneceri[/b]

“Miyanın “Standard”dakı yoldaşları məndən soruşurdular ki, o, həmişə yaxşı formada olub, niyə oyunlarda niyə iştirak etmir? Miya ən yüksək səviyyədə uğur qazanacaq, çünki insani dəyərlərə sahib olan fantastik, dürüst şəxsiyyətdi”. Apasport.az saytının Uqanda mətbuatına istinadən məlumatına görə, bunu “Səbail”in yeni transferi olan Faruk Miyanın meneceri Nikolas Onissa deyib.

 

O, 23 yaşlı yarımmüdafiəçinin Belçika “Standard”ından “Səbail”ə icarəyə verilməsini dəyərləndirib. Onissa Azərbaycana yollanmağın Miyaya müsbət təsir edəcəyini düşünür: “Standard”da olduğu 2 il onu daha da gücləndirdi. Miya ən yaxşısına layiqdi və belə də olacaq. “Standard” rəhbərliyinə bildirdim ki, futbolçu mövsümün sonuna qədər mütləq oyunlarda iştirak etməlidi. Əks təqdirdə, yayda onu satmaqda problemlə üzləşə bilərik. Onlar mənə qulaq asdılar, futbolçunun “Səbail”ə icarə əsasında yollanmasına kömək etdilər. “Standard” rəhbərliyinə təşəkkür edirik. Ötən il Miyanın “Muskron”a icarəyə verilməsi klub rəhbərliyinin qərarı idi. Ancaq “Səbail”ə keçmək Miyanın və bizim təşəbbüsümüzlə baş tutdu. Əgər futbolçu 8 oyunda iştirak etsə, hədəfə çatmış olacağıq. Belədə mövsümün sonunda yaxşı variantlar tapmaq daha asan olacaq”.

 

Menecer Uqanda millisinin üzvünün “Səbail”dən əvvəl başqa klublardan təklif aldığını da vurğulayıb: “Əgər “Standard” rəhbərliyi yanvarda daha məsuliyyətli olsaydı, Miyanı Yunanıstanın birinci divizion klubu “Platanias”a apara bilərdik. Mərakeş komandası “Raca Kasablanka” onu icarəyə götürmək istəsə də, bu keçidə biz razılıq vermədik. Ardından Rusiyanın “Ural” və “Rubin”, həmçinin Slovakiyanın “Dunayska Streda” klubundan təklif gəldi. Ancaq Miya mövsümün ilk yarısında kifayət qədər oyun keçirməmişdi”.

 

Qeyd edək ki, Faruk Miya “Səbail”in heyətində debütünü Premyer Liqanın XVI turunda “Qarabağ”la keçirilən matçda (0:1) edib.

0