[b]PFL Premyer Liqa və kubokun təqvimində dəyişiklik etdi[/b]
20.02.2018 - 12:57
[b]PFL Premyer Liqa və kubokun təqvimində dəyişiklik etdi[/b]

Peşəkar Futbol Liqası (PFL) 2017/2018-ci illər mövsümünün təqvimində müəyyən dəyişikliklər edib. Apasport.az saytının məlumatına görə, Premyer Liqa və Azərbaycan kubokunun təqvimindəki dəyişikliklərə milli komandamızın mart toplanışı və yoxlama görüşləri, həmçinin 11 aprel Prezident seçkiləri ilə əlaqədar olaraq

 

Çempionatın XIX turunun “Kəpəz” – “Qəbələ” və “Keşlə”- “Neftçi”  oyunları martın 9-da, “Səbail” – “Sumqayıt” və “Qarabağ” – “Zirə” matçları isə 10-da baş tutacaq. XX turun “Keşlə”- “Qəbələ” qarşılaşması martın 13-də, turun digər üç oyunu isə 14-də keçiriləcək.


Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları aprelin 11-də deyil, 12-də oynanılacaq. Həmçinin, Premyer Liqanın XXIII turundakı “Zirə” – “Neftçi” görüşü aprelin 14-dən 15-nə keçirilib.

0