[b]Son 1/4 finalçı "Tottenhem" oldu - VİDEO[/b]
01.03.2018 - 01:49
[b]Son 1/4 finalçı "Tottenhem" oldu - VİDEO[/b]

İngiltərə kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, "Tottenhem" - "Roçdeyl" qarşılaşması ilə son 1/4 finalçı müəyyənləşib.

 

İlk matçda səfərdə qollu bərabərə qalan cütlüklərin ikinci duelində Premyer Liqa təmsilçisi rəqibinə rəhm etməyib - 6:1. Bununla "Tottenhem" 1/4 finalda "Suonsi"yə rəqib olub.

 

Yarımfinal yolundakı digər cütlüklərdə isə "Mançester Yunayted" "Brayton"la, "Viqan" "Sauthempton"la, "Lester" isə "Çelsi" ilə qarşılaşacaq. Bu mərhələnin oyunları martın 17-18-də keçiriləcək.

 

 

İngiltərə kuboku

1/8 final (cavab oyunu)

 

"Tottenhem" - "Roçdeyl" - 6:1

Qollar: Hyun-Min Son, 23, 65; Lyorente, 47, 53, 59; Uolker-Peters, 90+4 - Hampris, 31

İlk oyun - 2:2

 

0