[b]Ruslan Abışov: Heç bir problem yoxdu – VİDEO[/b]
01.03.2018 - 19:44
[b]Ruslan Abışov: Heç bir problem yoxdu – VİDEO[/b]

“Neftçi” Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, komanda bu gün İsmət Qayıbov adına təlim-məşq bazasında məşq keçib.

 

“Ağ-qaralar”ın kapitanı Ruslan Abışov “Neftçi TV”yə açıqlamasında “Qəbələ” ilə oyuna hazırlığı dəyərləndirib: “Hazırlıq yaxşı keçir, futbolçular həvəslə məşq edirlər. Bilirik, çətin səfər matçı olacaq. “Qəbələ” çempionluğa oynayan komandadı, buna görə də bizi çətin görüş gözləyir. “Zirə” ilə oyunda buraxdığımız səhvlərdən nəticə çıxarıb, bu qarşılaşmada qələbə qazanmalıyıq. Futbolda məğlubiyyətlər, heç-heçələr olur, amma önəmlisi budur ki, belə vəziyyətlərdə komanda şəklində bir olaq, toparlanıb qarşıdakı oyunlara yaxşı hazırlaşaq. Çox şükür ki, bu cəhətdən problemimiz yoxdur. Hər şey qaydasındadır, futbolçuların vəziyyəti yaxşıdır. İnanıram ki, martın 4-də komanda olaraq öz sözümüzü deyəcəyik”.

 

Xatırladaq ki, martın 4-də Qəbələ şəhər stadionunda olacaq “Qəbələ” – “Neftçi” oyunu saat 15:30-da başlanacaq.

0