[b]Milli üzvü çıxdı, komandası uduzdu[/b]
11.03.2018 - 22:26
[b]Milli üzvü çıxdı, komandası uduzdu[/b]

Futbol üzrə Türkiyə TFF 1-ci liqasında 27-ci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yenidən Azərbaycan millisinə dəvət alan Ufuk Budakın formasını geyindiyi “Samsunspor” da növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv səfərdə “Qaziantepspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

 

Matça start heyətdə başlayan Umut 66-cı dəqiqədə əvəzlənib. Qarşılaşmadakı hər üç qol da məhz millimizin üzvü meydanı tərk etdikdən sonra vurulub.

 

Qeyd edək ki, “Samsunspor” hazırda 32 xalla 18 klub arasında 13-cü pillədə qərarlaşıb.

0