[b]“Qarabağ”lı milliyə dəvət edildi, əsas rəqibi kənarda qaldı[/b]
14.03.2018 - 01:15
[b]“Qarabağ”lı milliyə dəvət edildi, əsas rəqibi kənarda qaldı[/b]

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç növbəti dəfə milli komandaya dəvət alıb. Apasport.az saytının məluamtına görə, Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki açıqladığı 23 nəfərlik heyətdə ona da yer verib.

 

Şehiçdən əlavə millinin qarşıdakı yoxlama oyunları üçün heyətinə daha iki qapıçı dəvət olunsa da, İbrahimin yığmadakı əsas rəqibi – Asmir Beqoviç kənarda qalıb. Bosniya və Herseqovina Futbol Federasiyasının saytına açıqlama verən Prosineçki Beqoviçin zədəki olmadığını, amma bu toplanışda ona istirahət verdiyini deyib.

 

Qeyd edək ki, Bosniya və Herseqovina millisi martın 23-də Bolqarıstan, 27-də isə Seneqalla qarşılaşacaq.

0