[b]“Həddindən artıq ehtiyatlı oynadığımızı düşünmürəm” - Joze Mourinyo[/b]
14.03.2018 - 09:56
[b]“Həddindən artıq ehtiyatlı oynadığımızı düşünmürəm” - Joze Mourinyo[/b]

“İlk qolun həlledici rol oynayacağı məlum idi. Bu, yalnız nəticəyə yox, matçın xarakterinə də təsir edəcəkdi. Elə də oldu”. Apasport.az saytı xəbər verir ki, bu sözlər “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyoya məxsusdu.

 

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində “Sevilya”nı qəbul edən “mankunianlar” 1:2 hesabı ilə uduzaraq, turnirdə mübarizəni dayandırıblar.

 

Matçdan sonra məğlubiyyəti şərh edən Mourinyo bunları deyib: “Aqressiv oynamağa çalışdıq, amma qol epizodlarını dəyərləndirməkdə çətinlik çəkdik. Vaxt keçdikcə “Sevilya” topa daha çox nəzarət etməyə başladı. Rəqib qapısı önündə təhlükəli olmağa başladığımız vaxt qonaqlar qol vurdular və bu, hər şeyi dəyişdi. Buraxdığımız ikinci qol isə işimizi daha da qəlizləşdirdi. Amma futbolçularımın əllərindən gələni etmədiklərini deyə bilmərəm".

 

Portuqaliyalı çalışdırıcı komandasının ehtiyatlı futbol oynaması fikri ilə razılaşmayıb: “Meydanda hücumda oynayan çoxlu futbolçumuz var idi. Linqard və Fellainiyə sərbəstlik vermişdik. Hər ikisi qol vura bilərdi. Üç hücumçu ilə oynayırdıq. “Həddindən artıq ehtiyatlı oynadıq” fikri ilə razı deyiləm".

0