Şitov millimizlə oyun haqda: Bizi çox maraqlı matç gözləyir

“Yığmanın formasını geyinməyə həmişə hazıram”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Belarus millisinin və “Astana” klubunun futbolçusu İqor Şitov deyib.

 

Bu ay bir araya gələcək Belarus yığması Azərbaycan və Sloveniya ilə yoldaşlıq matçları keçirəcək. Bu oyunlar üçün açıqlanan heyətdə Şitov da yer alıb.

 

Qazaxıstan mətbuatına açıqlama verən sağ cinah müdafiəçisi müəyyən fasilədən sonra yenidən milliyə çağırılmasına toxunub. 31 yaşlı futbolçu həm Bakıda, həm də Lyublyanada onları maraqlı görüş gözlədiyini bildirib: “Düzdü, ötən il yığmanın bir neçə görüşünə dəvət almadım. Bu, məşqçilər korpusunun qərarı idi. Bu dəfə isə məni çağırmağı lazım bildilər. İlk yoxlama oyunumuzu Bakıda keçirəcəyik. Martın 23-də Azərbaycanla qarşılaşdıqdan sonra Lyublyanaya yollanacağıq. Çünki ayın 27-də Sloveniya ilə yoldaşlıq matçı keçirəcəyik. Düşünürəm ki, bizi çox maraqlı oyunlar gözləyir”.

 

Qeyd edək ki, İqor Şitov 2008-ci ildən dəvət aldığı Belarus millisində 54 oyunda 1 qola imza atıb.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10