“Neftçi” gələn mövsüm Respublika stadionunda oynamaqdan imtina edib
21.05.2008 - 18:24
“Neftçi” gələn mövsüm Respublika stadionunda oynamaqdan imtina edib
Bakı. Mehman Süleymanov – APA-Sport. “Neftçi” klubu növbəti mövsüm ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirməyəcək. Komandanın vitse-prezidenti Ramin Musayevin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, flaqman 2008/09 mövsümündə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunun xidmətindən istifadə edəcək: “Bakıxanov qəsəbə stadionu yenidənqurma işlərindən sonra əla vəziyyətdədir. Meydançanın ot örtüyü daha da yaxşılaşıb, yeni tribunalar qoyulub. Növbəti mövsümdə ev oyunlarını orada keçirməyi planlaşdırmışıq. Komandanın ukraynalı baş məşqçisi Anatoli Demyanenko da stadionla tanış olub və orada oynamağımızı istəyir”. Klub əlavə xərcə düşməmək üçün Respublika stadionundan imtina edib.
Qeyd edək ki, “Neftçi” Dövlət Neft Şirkətinin balansında olan stadionda 5 il öncə də rəqiblərini qəbul edib.
0