[b]“Barselona”nın qalib olmasını istəyirəm” - Pedro[/b]
15.03.2018 - 18:37
[b]“Barselona”nın qalib olmasını istəyirəm” - Pedro[/b]

“Nou Kamp”da bizi yaxşı qarşıladılar. Bütün azarkeşlərə minnətdaram”. Apasport.az saytı xəbər verir ki, bu sözlər “Çelsi”nin futbolçusu Pedro Rodrigesə məxsusdu.

 

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində “Barselona” ilə qarşılaşan “zadəganlar” 0:3 hesabı ilə uduzaraq, mübarizəni dayandırıblar.

 

Oyundan sonra UEFA-nın saytına açıqlama verən təcrübəli futbolçu bunları deyib: “Turnirdə mübarizəni dayandırdıq. Ümid edirəm ki, Çempionlar Liqasını “Barselona” qazanar. Sabiq komandamın bu uğura imza atmasını istəyirəm”.

 

Qeyd edək ki, Pedro “Barselona”nın yetirməsidi. 

0