[b]"Səbail"in hücumçusu Moldova millisində[/b]
16.03.2018 - 20:35
[b]"Səbail"in hücumçusu Moldova millisində[/b]

"Səbail"in əcnəbi futbolçusu milli komandasına dəvət alıb. Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi feysbuk səhifəsi məlumat yayıb.

 

Bildirilir ki, hücumçu Yevgeni Koçuk Moldova yığmasına çağırılıb. O, Fil Dişi Sahili millisi ilə keçiriləcək yoldaşlıq görüşündə iştirak etmək şansı qazanıb. Onunla yanaşı, “Zirə”nin yarımmüdafiəçisi Aleksandr Dedov da Moldova millisinə dəvət olunub.

 

Qeyd edək ki, "Səbail" Yevgeni Koçuku qış fasiləsində "Jilina"dan icarəyə götürüb.

0