[b]“Mançester Yunayted”dən “Beşiktaş”lıya 40 milyonluq təklif[/b]
17.03.2018 - 13:51
[b]“Mançester Yunayted”dən “Beşiktaş”lıya 40 milyonluq təklif[/b]

“Beşiktaş”ın yarımmüdafiəçisi Talişka karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytının Britaniya nəşrinə istinadən məlumatına görə, Braziliya millisinin üzvü “Mançester Yunayted”in maraq dairəsindədi.

 

Artıq ikinci mövsümdü ki, Türkiyə klubunda icarə əsasında çıxış edən 24 yaşlı hücumameylli oyunçu müqavilə ilə “Benfika”ya məxsusdu. Klublar arasındakı razılığa əsasən, “ağ-qaralar” onu 21 milyon avro qarşılığında transfer etmək hüququna malikdi. Ancaq İstanbul nəhəngi maliyyə problemi üzündən bu məbləği ödəmək iqtidarında deyil.

 

“Mançester Yunayted” isə keçidə qarşılıq Portuqaliya klubuna 40 milyon avro təklif edib. Hətta futbolçunun meneceri Jorje Mendeşin “mankunianlar”la ilkin razılıq əldə etdiyi də bildirilir.

 

Qeyd edək ki, Talişka Türkiyə Superliqasında keçirdiyi 46 oyunda 23 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

0