[b]Qılıncoynadanlarımız Dünya Kubokunda 14-cü oldu[/b]
19.03.2018 - 12:36
[b]Qılıncoynadanlarımız Dünya Kubokunda 14-cü oldu[/b]

Sablya üzrə qadınlardan ibarət Azərbaycan yığması Yunanıstanın paytaxtı Afinada keçirilən Dünya Kuboku yarışında iştirak edib. Qılıncoynatma Federasiyasından apasport.az saytına verilən məlumata görə, təmsilçilərimizdən şəxsi yarışlarda Nərminə Cəfərova və Aysel Əhədova qrup mərhələsini adlaya bilməyib.

 

Sevil və Sevinc Bünyatova bacıları isə qrup mərhələsi çərçivəsində hərəyə 3 qələbə qazanmaqla pley-offa vəsiqə qazanıb. Sevinc Bünyatova bu mərhələdə keçirdiyi ilk görüşdə almaniyalı Katerina Peterə uduzub. Sevil Bünyatova isə pley-offda ilk görüşdə amerikalı Monika Aksamita qalib gəlib. Təmsilçimiz 1/64 finalda polşalı Silviya Matuzaka məğlub olub.

 

Komanda yarışlarında isə sablyaçılarımız ilk görüşündə Qazaxıstan yığmasına qalib gəlməklə, 1/16 final mərhələsinə yüksəlməyi bacarıb. Bu mərhələdə sablya üzrə qadınlardan ibarət millimiz İtaliyaya uduzub. Komandamız 9-16-cı yerlər uğrunda görüşdə, polşalı sablyaçılara uduzub. Yığmamız 13-16-cı yerlər uğrunda görüşdə Honkonqa qalib gəlsə də, 13-14-cü yerlər uğrunda görüşdə Almaniyaya məğlub olub və komanda yarışında Dünya Kubokunu 14-cü pillədə başa vurub. 

 

0