[b]Rəşad Sadıqovun debütündə şotlandiyalılar[/b]
19.03.2018 - 14:34
[b]Rəşad Sadıqovun debütündə şotlandiyalılar[/b]

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Kosovo – Azərbaycan matçına təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, martın 22-də baş tutacaq görüşü şotlandiyalı hakimlər briqadası idarə edəcək.

 

Rəşad Sadıqovun U-21-in baş məşqçi postunda seçmə mərhələlərdəki debütünün gerçəkləşəcəyi oyunun baş hakimi Donald Robertson olacaq. Ona Cordan Stokoe və Şon Karr kömək edəcəklər. Matçın dördüncü hakimi funksiyasını Nikolas Uolş yerinə yetirəcək.

 

Qeyd edək ki, martın 22-dəki qarşılaşma Mitrovitsa şəhərindəki Adem Yaşari Olimpiya stadionunda keçiriləcək.

0