Georgi Adamiya “Qarabağ” klubundan 350 min ABŞ dolları istəyib
22.05.2008 - 14:53
Georgi Adamiya “Qarabağ” klubundan 350 min ABŞ dolları istəyib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubunun yarımmüdafiəçisi Georgi Adamiya karyerasını “Qarabağ”da davam etdirə bilər. “APA-Sport” agentliyinin məlumatına görə, flaqmanla müqaviləsi bitməkdə olan gürcüstanlı futbolçuya yeni mövsümdən ağdamlıların heyətində oynamaq təklif olunub. 27 yaşlı yarımmüdafiəçinin yeni komandasında bir illik çıxışı üçün 350 min ABŞ dolları istədiyi deyilir. Üç il yarım “Neftçi”nin uğurları üçün çalışan G.Adamiyanın şərtlərini müzakirə edən “Qarabağ” rəsmilərinin son qərarını hələ vermədiyi də bildirilir.
Qeyd edək ki, bir müddət əvvəl yarımmüdafiəçinin “İnter” və “Xəzər-Lənkəran”a keçə biləcəyini təsdiqləmişdi.
0