Azərbaycan kubokunu “Xəzər-Lənkəran” klubu qazanacaq
23.05.2008 - 11:55
Azərbaycan kubokunu “Xəzər-Lənkəran” klubu qazanacaq
Bakı. Aqşin Əliyev - APA-Sport. Futbol üzrə XVI Azərbaycan kuboku uğrunda yarışın qalibi “Xəzər-Lənkəran” klubu olacaq. “APA-Sport” agentliyinin İnternet saytında aparılan növbəti sorğunun nəticəsi belə olub. Bir həftə ərzində 110 nəfər saytımızı ziyarət edərək, “Xəzər-Lənkəran” və “İnter” arasında keçiriləcək Azərbaycan kubokunun final matçında hansı komanda qələbə qazanacaq” sualını cavablandırıb. Respondentlərin 80,91 faizi (89 nəfər) sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın Lənkəran təmsilçisinin qələbəsi ilə nəticələnəcəyini bildirib. Müsabiqəyə qatılanların çox az hissəsi, daha doğrusu 18,18 faizi baş məşqçi Valentin Xodukinin “İnter”ə tarixində ilk kuboku qazandıracağına inanır. Bir nəfər isə sorğunun sualına cavab verməyə çətinlik çəkib.
0