[b]Qran-pridə II gün: Yenə medalsız qaldıq[/b] - YENİLƏNİB
31.03.2018 - 12:13
[b]Qran-pridə II gün: Yenə medalsız qaldıq[/b] - YENİLƏNİB

Gürcüstanın paytaxtı Tiflisdə cüdo üzrə Qran-pri turniri davam edir. Apasport.az saytının məlumatına görə, 38 ölkədən 302 idmançının (183 kişi, 119 qadın) iştirak etdiyi yarışın ikinci günündə millimizin daha 3 üzvü tatamiyə çıxıb.

 

73 kq

Bu çəkidə 2 həmyerlimiz qüvvəsini sınayıb və heç biri ümidləri doğrultmayıb. Belə ki, Paşa Əliyev 1/16 finalda Sam Van Vestendeyə (Hollandiya) məğlub olub. Mübarizəyə 1/8-dən başlayan Telman Vəliyev isə kiprli Rudolf Kourtides səddini keçə bilməyib.

 

81 kq

Təmsilçimiz Coşqun Abdullayev 1/8 finalda gürcüstanlı Tamazi Kirakozaşvili ilə münasibətlərinə aydınlıq gətirib. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Nəticədə Paşa Əliyev və Telman Vəliyev kimi, Coşqun Abdullayev də ilk görüşdəcə məğlubiyyətlə üzləşib.

 

Qeyd edək ki, yarışın ilk günü mübarizəyə qoşulan 3 tatami ustamız (Sadiq Məhərrəmov, Oruc Vəlizadə, Elçin Hüseynov) turniri medalsız başa vurub.

0