[b]Azərbaycan çempionatının mükafatçıları bilindi[/b]
02.04.2018 - 16:57
[b]Azərbaycan çempionatının mükafatçıları bilindi[/b]

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının mükafatçılarının siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ilk 3 yer “Azərreyl”, “Abşeron” və AVF arasında bölüşdürüləcək.

 

Bu komandalardan “dəmiryolçular” qızıl və gümüş, AVF isə gümüş və bürüncdən birini əldə edəcək. “Abşeron” isə hər 3 medala şansı qalan yeganə komandadı. Mükafatların bu 3 klub arasında bölüşdürüləcəyinə IX turun bu gün keçirilən ilk oyunu aydınlıq gətirib. AVF ilə görüşün hər 3 setində məğlub olan “Lokomotiv” medal qazanmaq xəyalları ilə vidalaşıb. Məsələ ondadı ki, 9 görüşdə xal toplamayan Vüqar Əliyevin yetirmələri qarşıda qalan 3 turda 3-cü yerlə 11 xallıq fərqi aradan qaldıra bilməyəcək.

 

Qeyd edək ki, az sonra başlayacaq “Abşeron” - “Azərreyl” oyununda qızıl medalın da taleyinə aydınlıq gələ bilər. Famil Əliyevin komandası 3 xal qazanacağı halda, çempionatın sonuncu dövrəsini birincilik baxımından formallığa çevirəcək.

0