Güləşçilərimiz Ayovada ilk məşqinə çıxdı - VİDEO

Dünya Kubokunda iştirak edəcək sərbəst güləş üzrə Azərbaycan millisi yarışın keçiriləcəyi ABŞ-a çatıb. Apasport.az saytının məlumatına görə, komandamız bu gün mötəbər yarışa ev sahibliyi edən Ayova şəhərində ilk məşqinə çıxıb.

 

Baş məşqçi Firdovsi Umudov milli üzvlərinin son hazırlıqlarına rəhbərlik edib, onlara önəmli tapşırıqlarını verib. Aprelin 7-də start götürəcək Dünya Kubokunda ölkəmizi təmsil edəcək Giorgi Edişeraşvili, Əfqan Xalaşov (hər ikisi 57 kq), Axmednabi Qvarzatilov (61 kq), Hacı Əliyev, Ağahüseyn Mustafayev (hər ikisi 65 kq), Coşqun Əzimov (70 kq), Hacımurad Omarov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbek Alborov (92 kq), Roman Bəkirov, Nurmaqomed Hacıyev (hər ikisi 97 kq) və Cəmaləddin Maqomedova (125 kq) son durumlarını döşək üzərində nümayiş etdirib.

 

Qeyd edək ki, yığmamız Dünya kubokunda B qrupunda Qazaxıstan, Kuba və Monqolustanla mübarizə aparacaq.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 23 17 5 1 33-8 56

2.

Qəbələ

23 12 6 5 37-23 42

3.

Sumqayıt 23 11 6 6 31-25 39

4.

Zirə

23 9 8 6 29-24

35

5.

Neftçi

23

10 4 9 31-24 34

6

Səbail 23 5 4 14 15-32 19

7.

Keşlə

23

4 6 13 20-36 18

8.

Kəpəz

23 3 3 17 14-38 12
               

 

Top 10