Son gündə 1 "qızıl", 2 "bürünc" - YENİLƏNİB

Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə Qran-pri turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışın 3-cü günündə daha 4 idmançımız tatamiyə çıxıb.

 

90 kq

Bu çəkidə 2 idmançımız mübarizə aparıb. Məmmədəli Mehdiyev ilk görüşündə braziliyalı Qustavo Assisə qalib gələrək, 1/4 finalda israilli Li Koçmana rəqib olub. Onu da mübarizədən kənarlaşdıran Mehdiyev yarımfinalda Tacikistan cüdoçusu Komronşox Tkustopiriyondan güclü olmağa çalışıb. Lakin bunun əksi baş verib. Tkustopiriyona uduzan həmyerlimiz bürünc medala iddiasını davam etdirib. Onun burdakı rəqibi braziliyalı Rafael Makedo olub. Braziliya idmançısını məğlub edən millimizin üzvü bürünc medal əldə edib.

 

1/16 finaldan azad olan Tural Səfquliyev də İsraildən olan Asaf Çenlə qarşılaşıb. Görüşdən qalib ayrılan Səfquliyev 1/4 finala adlayıb. O, yarımfinal yolunda Altanbaqana Qantulqa ilə üz-üzə gəlib. Monqolustanlı da Səfquliyevi dayandırmağı bacarmayıb. Nəticədə idmançımız yarımfinalda Nemanya Majdovla (Serbiya) qarşılaşmaq hüququ əldə edib. Lakin o da komanda yoldaşı kimi, finalın bir addımlığında dayanıb. Majdova yenilən Səfquliyev bürünc medal uğrunda Li Koçmandan (İsrail) güclü olub və o da 3-cü yeri tutub.

 

100 kq

Azərbaycanı bu çəkidə təmsil edən Zelim Kotsoyev mübarizəyə Cənubi Koreya cüdoçusu Ço Quhamla görüşərək başlayıb. Rəqibinə imkan verməyən idmançımız növbəti mərhələdə Məhəmmədkərim Xürrəmovla (Özbəkistan) üz-üzə gəlib. Onu da mübarizədən kənarlaşdıran cüdoçumuz 1/4 finalda Benjamin Fletçeri sınağa çəkib. İrlandiyalı üzərində qazanılan qalibiyyət isə Kotsoyevi yarımfinala daşıyıb. O, final yolundakı son görüşündə Niyaz İlyasovu (Rusiya) üstələyib. İdmançımız həlledici qarşılaşmada daha bir rusiyalı ilə üz-üzə gəlib. Belə ki, Kotsoyevin rəqibi erməni əsilli Arman Adamyan olub. Adamyan üzərində təmiz qələbə qazanan Kotsoyev millimizin aktivinə qızıl medal yazdırıb.

 

+100 kq

Digərlərindən fərqli, Şahin Qəhrəmanov yarışa məğlubiyyətlə başlayıb. O, rusiyalı İnal Tasoyevə yenilərək mübarizəni erkən dayandırıb.

 

Qeyd edək ki, ilk iki gündə 6 cüdoçumuz tatamiyə çıxmış və yalnız Hidayət Heydərov bürünc medal qazanmışdı.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 23 17 5 1 33-8 56

2.

Qəbələ

23 12 6 5 37-23 42

3.

Sumqayıt 23 11 6 6 31-25 39

4.

Zirə

23 9 8 6 29-24

35

5.

Neftçi

23

10 4 9 31-24 34

6

Səbail 23 5 4 14 15-32 19

7.

Keşlə

23

4 6 13 20-36 18

8.

Kəpəz

23 3 3 17 14-38 12
               

 

Top 10