MOİK iki ildən sonra Premyer Liqada oynamaq hüququ qazanıb
26.05.2008 - 09:44
MOİK iki ildən sonra Premyer Liqada oynamaq hüququ qazanıb
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Bakının MOİK klubu iki illik fasilədən sonra Azərbaycan Premyer Liqasında çıxış edəcək. “APA-Sport” agentliyinin məlumatına görə, paytaxt təmsilçisi birinci divizionda keçirilən pley-off mərhələsinin son turunda güclülər dəstəsinə vəsiqə qazanıb. Salyanın NBC klubu ilə heç-heçə (1:1) edən MOİK həlledici mərhələni ikinci pillədə başa vurub. İkinci cəhddən Premyer Liqaya yüksələn bakılılar güclülər dəstəsini 2005/06 mövsümündə tərk etmişdi. Milli çempionatların daimi iştirakçısı olan 4 komandadan biri 1992-95, 2000/2001 və 2006-08-ci illərdə birinci divizionda 7, 1995-2000, 2001-2006-cı illərdə Premyer Liqada 8 mövsüm keçirib.
Qeyd edək ki, pley-off mərhələsini qalibi olan “Bakılı” Premyer Liqaya vəsiqəni sonuncu turun nəticələrindən asılı olmayaraq təmin etmişdi.
0