Azərbaycan kubokunun finalçıları cərimə olunub
26.05.2008 - 11:36
Azərbaycan kubokunun finalçıları cərimə olunub
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Azərbaycan kubokunun final matçında meydana çıxan komandalar 250 manat cərimə olunub. “APA-Sport” agentliyinin məlumatına görə, “Xəzər-Lənkəran” – “İnter” oyununun hakimi almaniyalı Manuel Qrafın göstərdiyi 7 sarı vərəqədən 5-i klubları ziyana salıb. Kubokun qalibi olan lənkəranlılar 2, bakılılar isə 3 oyunçusunun xəbərdarlığına görə 50 manat cərimələnib. Belə ki, Elmar Baxşıyev 11, Kostadin Cambazov 7-ci dəfə sarı vərəq alıb ki, bu da “Xəzə-Lənkəran”ın 100 manat ödəməsinə səbəb olub. “İnter”də isə Qoran Arnautun 10-cu, Milan Zaqoratsla Samir Abbasovun 5-ci dəfə xəbərdarlıq alması paytaxt klubunu 150 manat ziyana salıb.
0