“Turan” 913 günlük seriyanı qıra biləcəkmi?
26.05.2008 - 12:32
“Turan” 913 günlük seriyanı qıra biləcəkmi?
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Tovuzun “Turan” klubu Azərbaycan Premyer Liqasının son turunda “Bakı”ya məğlub olmasa, güclülər dəstəsində yerini təmin edəcək. “APA-Sport” agentliyinin məlumatına görə, bunun üçün tovuzlular 913 günlük seriyanı qırmalıdırlar. Premyer Liqa tarixində “Turan”la 19 dəfə qarşılaşan “Bakı” 2005-ci il noyabrın 26-da keçirilən qarşılaşmadan sonrakı bütün oyunlarda qalib gəlib. İki il yarım əvvəl Tovuzdan məğlub ayrılan bakılılar son 4 görüşdə nəinki xal itirib, heç bir qol da buraxmayıblar. Maraqlıdır ki, “Turan”ın “Bakı” ilə oyunlarda son qolunu hazırda “Olimpik”də çıxış edən Junivan Suares vurub.
Qeyd edək ki, rəqiblərin indiyədək keçirilən 19 matçında “Turan” 8, “Bakı” isə 7 qələbə qazanıb.

“Bakı” – “Turan”: bütün oyunlar

mövsüm

Bakıda

Tovuzda

1996/97

1:3

0:1

1997/98

2:0

1:1

1998/99

0:0

0:2

1999/2000

0:0

1:2

2000/01

4:1

1:2

2003/04

0:1

2:0

2004/05

0:0

-:+

2005/06

1:0

0:1

2006/07

1:0

1:0

2007/08

2:0

0