Kramnik Şəmkirə gələsi olmadı

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirində iştirakçıların siyahısında dəyişiklik edilib. Apasport.az saytı ShamkirChess 2018-in mətbuat xidmətinə istinadən xəbər verir ki, sabiq dünya çempionu Vladimir Kramnik Təşkilat Komitəsinə məktub ünvanlayıb.

 

Rusiyalı şahmatçı Berlində keçirilən İddiaçılar Turnirindən sonra bir müddət istirahətə ehtiyacı olduğunu bildirib. Buna görə də sabiq dünya çempionu ShamkirChess 2018 superturnirinin Təşkilat Komitəsindən onu başqa şahmatçıyla əvəz etməyi xahiş edib. Yarış iştirakçılarına uğurlar arzulayan Vladimir Kramnik növbəti illərdə Azərbaycanda keçirilən turnirlərə böyük məmnuniyyətlə qatılacağını yazıb.

 

Beləliklə Vladimirik Kramnik Şəmkirdə keçiriləcək Vüqar Həşimov Memorialında iştirak etməyəcək. Onun əvəzinə turnirdə Polşa millisinin üzvü Radoslav Voytaşek (2744) mübarizə aparacaq.

 

Qeyd edək ki, superturnirdə şahmat üzrə hazırkı dünya çempionu, ShamkirChess turnirinin ikiqat qalibi, FİDE reytinqində ilk pillədə qərarlaşan Maqnus Karlsen (Norveç, 2843), sonuncu İddiaçılar Turnirinin iştirakçısı, Çin təmsilçisi Dinq Liren (2778, FİDE reytinqində 8-ci yer), Dünya Kubokunun qalibi, şahmat tacı uğrunda matçın iştirakçısı Sergey Karyakin (Rusiya, 2778, FİDE reytinqində 9-cu yer), Hollandiya şahmatının lideri Aniş Giri (2777, FİDE reytinqində 10-cu yer), FİDE versiyası üzrə dünya çempionu Veselin Topalov (Bolqarıstan, 2749), çexiyalı David Navara (2745) iştirak edəcək.

 

Azərbaycanı Vüqar Həşimov Memorialında ShamkirChess superturnirinin ikiqat qalibi, üçqat Avropa çempionu, rapid üzrə dünya çempionu, FİDE reytinqində ikinci pillədə qərarlaşan Şəhriyar Məmmədyarov (2814), üçqat Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Teymur Rəcəbov (2748) və üçqat Avropa çempionu, blits üzrə Avropa çempionu Rauf Məmmədov (2704) təmsil edəcək.  

 

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 turnirinin təntənəli açılış mərasimi aprelin 18-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. 9 turdan ibarət yarışa aprelin 28-də yekun vurulacaq.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10