[b]TPL: XXIII turun təyinatları açıqlandı[/b]
13.04.2018 - 16:56
[b]TPL:  XXIII turun təyinatları açıqlandı[/b]

Topaz Premyer Liqasında XXIII turun oyunları üçün bütün təyinatlar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Zirə” və “Neftçi” arasında turun mərkəzi oyununu FİFA hakimi Rəhim Həsənov idarə edəcək.

 

“Sumqayıt”la “Keşlə”nin duelində isə Rauf Cabbarov fit çalacaq. FİFA referisi Əliyar Ağayev “Qəbələ”nin “Səbail”lə görüşünə təyinat alıb. 

 

Turun “Kəpəz”lə “Qarabağ” arasında açılış matçında baş hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
 

Topaz Premyer Liqası

XXIII tur

14 aprel (şənbə)

16:00. “Kəpəz” – “Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Rahil Ramazanov, Knyaz Əmiraslanov, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Kərim Ağayev
Gəncə şəhər stadionu

15 aprel (bazar)

17:00. “Qəbələ” – “Səbail”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Cəmil Quliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əhmədağa Cabbarov
Qəbələ şəhər stadionu

 

18:00. “Sumqayıt” – “Keşlə”
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Elşad Abdullayev, Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-inspektor: Rövşən Əhmədov
Sumqayıt. Şəhər stadionu


19:00. “Zirə” – “Neftçi”
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Ömər Paşayev
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
Zirə İdman Kompleksinin stadionu

 

0