[b]4-cü duel[/b]
13.04.2018 - 22:42
[b]4-cü duel[/b]

Çempionlar Liqasının yarımfinalında üz-üzə gələcək “Liverpul” (İngiltərə) və “Roma”nın (İtaliya) avrokubokdakı yolları 4-cü dəfə kəsişir. Apasport.az saytının məlumatına görə, əvvəlki duellərin ikisində britaniyalılar sevinibsə, bir dəfə komandalar qrupda rəqib olublar.

 

1983/84 mövsümündə Kuboklar Kubokunun finalındakı tək oyunun taleyini penaltilər həll edib. “Liverpul” 1:1 hesabı ilə başa çatan matçsonrası “lotereya”da qalib gəlib – 4:2.

 

2000/01 mövsümündə UEFA kubokunda hər komanda səfərdə qalib gəlib. İtaliyada 2 cavabsız qol vuran ingiltərəlilər evdə 0:1-ə üzülsə də, mərhələ adlayıb.

 

2001/02 mövsümündə Çempionlar Liqasının qrupundakı görüşlərdə “Roma” qola həsrət qalıb – 0:0, 0:2.

 

Bir sözlə, penaltilər seriyasını saymasaq, 3 duel çərçivəsindəki 5 görüşdə  “Liverpul” 2, “Roma” 1 qələbə qazanıb, 2 dəfə heç-heçə qeydə alınıb. Top fərqində də “qırmızılar”üstündü – 5:2.

0