[b]UEFA-dan İsveçrə klubuna ağır cəza[/b]
17.04.2018 - 02:04
İsveçrənin “Sion” klubu iki mövsümlük Avrokuboklarda iştirakdan məhrum edilib. Apasport.az saytının məlumatına görə, komanda 2018/2019 və 2019/2020-ci illər mövsümündə Avropa səviyyəli turnirlərdə yarışa bilməyəcək.
Bu barədə qərarı UEFA-nın Maliyyə Nəzarəti Komitəsi qərar çıxarıb. Qərara səbəb isə maliyyə feyr-pleyi qaydalarının pozulmasıdır.
“Sion”a üstəlik 235 min dollar pul cəriməsi də kəsilib.
0
0