[b]Neymar DÇ-də oynamaq üçün gün sayır[/b]
18.04.2018 - 14:55
[b]Neymar DÇ-də oynamaq üçün gün sayır[/b]

PSJ və Braziliya millisinin üzvü Neymar Braziliyanın San-Paulo şəhərində mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, o, mundiala qədər zədəsini sağaltmağı hədəfləyir: “Dünya çempionatına qədər zədəmin tamamilə sağalacağına və yenidən forma geymək şansı qazanacağıma inanıram”.

 

Müalicə prosesinin qaydasında getdiyini deyən Neymar uzun müddətdi Dünya çempionatının startını gözlədiyini əlavə edib: “17 maydan sonra futbol oynaya bilərəm. Son yoxlamalar əla keçdi. Tez sağalıram. Ən qısa müddət ərzində meydanlara dönmək niyyətindəyəm. Hər gün müalicə alıram. Artıq məşqlərə başlaya bilərəm. Çox çalışacam və 4 ildi gözlədiyim Dünya çempionatında oynayaraq, xəyallarımı reallaşdıracam”

0