[b]“Keşlə”nin həsrəti bitdi: Eyni rəqib, eyni hesab[/b]
21.04.2018 - 19:23
[b]“Keşlə”nin həsrəti bitdi: Eyni rəqib, eyni hesab[/b]

“Keşlə” qələbə həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasında 5 oyundu qalib gəlməyən Yuri Maksimovun yetirmələri uğursuz seriyanı XXIV turun “Zirə” ilə matçında qırıb.

 

2:1 hesablı qələbə qazanan “Keşlə” sonuncu dəfə 48 gün öncə 3 xal qazanmışdı. Martın 4-də baş tutan XVIII turun səfər oyununda 2:1 hesabı ilə qalib gələn keşləlilər yenə eyni hesabla eyni rəqibi üstələyib.

 

Qeyd edək ki, bu müddətdə 5 oyun keçirən Maksimovun komandası “Neftçi”yə 2:3 hesabı ilə uduzub, “Qəbələ”, “Qarabağ” və “Kəpəz”lə eyni – 1:1 hesablı heç-heçə edib, “Sumqayıt”a 1:2 hesabı ilə məğlub olub.

0