“Vəziyyətdən çıxış yolu görmədim” – Şəhriyar Məmmədyarov

"Bu dəfə heç-heçələr çoxluq təşkil edir. Lakin şahmatda belə hallar təsadüf olunur”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov deyib.

 

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirinin III turunda rusiyalı Sergey Karyakinlə heç-heçə edən qrossmeysterimiz oyun haqda fikirlərini açıqlayıb: “Təəccüblənmək lazım deyil. Karyakinə qarşı ciddi hazırlaşmışdım. Sadəcə üstünlük qazanmağa imkan olmadı. Bir sıra variantlar üzərində düşündüm, vəziyyətdən çıxış yolu görmədim. Bir-birimizi yaxşı tanıyırıq. Amma bütün sirrlərimi bilmir. Biz Sergeylə debütlər üzərində işləməmişik. Ancaq şahmat oynamışıq, çətin vəziyyətlərdən çıxış yolunu müzakirə etmişik. Debütlərimizi bir-birimizə söyləməmişik".

Məmmədyarov ShamkirChess 2018 superturnirində heç-heçələrin çoxluq təşkil etməsini belə şərh edib: "2007-ci ildə Bolqarıstanda turnirdə iştirak edirdim. Çoxlu sayda heç-heçələr qeydə alınmışdı. Təsəvvür edin son turda axırıncı yerdəki şahmatçı liderdən yarım xal geri qalırdı. Yəni lider uduzsa, autsayder qələbə qazanmaqla yarışın qalibi olurdu. Fikrimcə Şəmkirdəki partiyalar maraqlıdır. Sadəcə məhsuldar alınmır. Amma növbəti oyunlarda qələbə və məğlubiyyətlər də olacaq”.

 

Mənbə: shamkirchess.com

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10