[b]“Bu barədə nəsə desəm, düz olmaz” – Rail Məlikov[/b]
23.04.2018 - 00:01
[b]“Bu barədə nəsə desəm, düz olmaz” – Rail Məlikov[/b]

“Sumqayıt”ın müdafiəçisi Rail Məlikov “Qarabağ”la oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Matç necə keçdi?

- Çempiona qarşı oynadıq. Yaxşı köklənmişdik, amma məğlub olduq. Rəqibə çox imakn verməsək də, standart vəziyyətdən qol buraxdıq.

 

- Görüş başa çatan kimi baş məşqçiniz hakimlərə hücum çəkdi. Siz necə, hakimlərin idarəçilyindən razı qaldınız?

- Hakimlər haqqında danışmağı sevmirəm. Baş məşqçi əsəbləşibsə, yəqin nəsə görüb.

 

- Bəs siz nəsə gördüz?

- Görsəm də, açıqlamaq istəmirəm.

 

- Bu, “Qarabağ”ın çempionluq matçı olmasaydı, hakim yenə belə idarəçilik edərdilərmi?

- Bu barədə nəsə desəm, düz olmaz. Biz çalışırıq ki, xal itirməyək və hədəfimizə doğru gedək. “Qarabağ” üçün nə qədər vacib oyun idisə, bizim üçün də o qədər vacib idi.

 

- “Neftçi”nin qələbə qazanması ilə işiniz çətinləşdi...

- Çətinləşmədi. Onlar sadəcə bizə yaxınlaşdı. Əslində biz digər komandalara baxmırıq. Öz oyunumuzu oynayırıq. Kiməsə baxsaq, itirəcəyik.

 

- Sanki kubokdakı uğursuzluq komandaya az da olsa təsir edib...

- Bu ikisi fərqli turnirlərdi. Bir-birinə qatmaq olmaz. Hərəsi üçün ayrıca məşq edib hazırlaşırıq. Ona görə də bir təsiri yoxdu.

 

- Növbəti turdakı rəqibiniz “Səbail” haqqında nə düşünürsüz?

- Bundan sonrakı hər oyuna final kimi çıxırıq. Ağır olacaq. İnşallah itkisiz çıxmaq istəyirik. Doğma meydan amili də kömək edəcək.

0