[b]“Qarabağ”ın məqsədləri başqadı” – Dani Kintana[/b]
23.04.2018 - 00:02
[b]“Qarabağ”ın məqsədləri başqadı” – Dani Kintana[/b]

“Qarabağ”ın ispaniyalı oyunçusu Dani Kintana “Sumqayıt”la oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Qələbə sizə çempionluq gətirdi. Nə düşünürsüz?

- Qalib gəlməsək də, çempion olmaq şansımız var idi. Lakin oyunu layiqli, qələbə çalaraq bitirmək istəyirdik. Sumqayıt səfəri istənilən rəqib üçün çətindir. Buna rəğmən, qalib gəldik. Ardıcıl 5-ci dəfə çempion olduq. Buna layiq olduğumuzu düşünürəm.

 

- “Qarabağ”ın heyətində ardıcıl 3-cü çempionluğunuzu qazandınız. Bu mövsüm digərlərindən nə ilə fərqləndi?

- Çempionluq bir həvəs, istəkdir. Hərəsinin mənim üçün ayrı yeri var. “Qarabağ”ın məqsədləri başqadır. Həmişə Avropada yüksək səviyyədə çıxış etməyi hədəfləyən bir klubdur. Bu dəfə də istisna deyil. Məqsədimiz komandanı avrokuboklarda ən yüksək səviyyədə təmsil etməkdir.

 

- Sizi növbəti mövsümdə də “Qarabağ”da görə biləcəyik?

- Hələ tam bəlli olmasa da, danışıqlarımız davam edir. Qısa müddətdə hər şey bəlli olacaq.

 

- Çempionluğu erkən rəsmiləşdirdiyiniz üçün özünüzü “Bavariya” və PSJ kimi hiss edirsiniz? Çempionluq sevinci üzünüzdən hiss olunmur...

- Təbii ki, birinci çempionluq ilə sonuncunun gətirdiyi sevinc eyni deyil. Əsas məqsəd avrokuboklarda iştirak etməkdir. Nəticə etibarı ilə qələbə sevinci hər zaman xoşdur.

0