[b]Yığmamız Bosniya və Herseqovinaya da uduzdu[/b]
23.04.2018 - 09:27
[b]Yığmamız Bosniya və Herseqovinaya da uduzdu[/b]

Bosniya və Herseqovinada təşkil olunmuş 16 yaşadək qızlar arasında UEFA İnkişaf turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması turnirin sonuncu günündə meydan sahibləri ilə qarşılaşıb.

 

Millimiz bu görüşdə 1:2 hesabı ilə məğlub olub. Bununla, komandamız turniri qələbəsiz başa vurub.

 

Qeyd edək ki, yığmamız turnirdə ilk oyununda Makedoniya, ardınca Xorvatiya ilə 1:1 hesablı heç-heçə edib. İlk görüşün penaltilər seriyasında 6:5 hesabı ilə qalib gələn yığma ikinci matçında 2:3 hesabı ilə uduzub.

0