[b]DÇ-2018: Heyəti Messi seçəcək[/b]
24.04.2018 - 01:43
[b]DÇ-2018: Heyəti Messi seçəcək[/b]

Argentina yığmasının baş məşqçisi Xorxe Sampaoli bu həftə Barselonaya səfər edəcək. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, məqsəd millinin kapitanı Lionel Messi ilə görüşmək olacaq.

 

Belə ki, Sampaoli ilə Messi dünya çempionatına yollanacaq heyətin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparacaq. Məhz bu görüşdən sonra 35 nəfərlik ilkin heyətin bəlli olması gözlənilir. Yekun heyət isə mayda keçiriləcək yoldaşlıq görüşlərindən sonra açıqlanacaq.

 

Qeyd edək ki, dünya çempionatı 14 iyun – 15 iyul tarixi aralığında Rusiyada keçiriləcək.

0