[b]Dünyanın bir nömrəsi “Kəpəz” formasında[/b] [b]- FOTO[/b]
26.04.2018 - 22:56
[b]Dünyanın bir nömrəsi “Kəpəz” formasında[/b] [b]- FOTO[/b]

Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2018” superturnirində maraqlı hadisə yaşanıb. Apasport.az saytının turnirin mətbuat xidmətinə istinadən məlumatına görə, Gəncənin “Kəpəz” futbol klubu bu gün yarışın qonağı olub.

 

“Kəpəz”in icraçı direktoru Elnur Camalxanov üzərində Maqnus yazılan 1 nömrəli formanı dünya çempionu Maqnus Karlsenə hədiyyə edib.

 

Dünya çempionu diqqətə görə “Kəpəz” rəsmilərinə təşəkkür edib.

0