“O qızlara “afərin” düşür” - Oksana Kurt

Azərbaycan yığmasının baş meneceri Oksana Kurt (Parxomenko) Azərbaycan Voleybol Federasiyasının feysbuk səhifəsinə müsahibə verib. Apasport.az saytının məlumatına görə, o, Super Liqasının son mövsümünü dəyərləndirib və yığmanın Avropa Liqasındakı çıxışı barədə danışıb. 

 

- Azərbaycan Super Liqasında daha bir mövsüm başa çatdı. Geridə qalan çempionatı necə dəyərləndirərdiz?

- Bu, bizim hamımız üçün kifayət qədər asan keçməyən mövsüm oldu. Avropa çempionatında üzücü, eyni zamanda, fəxri 4-cü yeri tutduq. Əlbəttə, medal da qazana bilərdik. Lakin görünür, nəsə çatmadı. Ölkə çempionatına gec başladıq. Amma yüksək səviyyədə keçirdik. Super Liqada böyük müsbət məqam o idi ki, yarışda əsasən gənc oyunçular iştirak etdi. Onlar üçün təcrübə toplamaq və böyüklərə yaxınlaşmaq üçün yaxşı şans idi.

 

- Gənclərdən kim müsbət mənada sizi təəccübləndirdi?

- Kimisə fərqləndirmək istəməzdim. Bütün oyunçular çox çalışırdılar. Tamamilə gənc oyunçulardan ibarət olan “Lokomotiv”in üzvləri də çalışqanlıq nümayiş etdirdilər. Çempionatda sonuncu yeri tutsalar da, onlara “afərin” düşür. Onlar oyun təcrübəsi qazandılar.

 

- Ölkə xaricində oynayan yığma üzvlərinin çıxışı haqda nə deyə bilərsiz?

- Biz həmişə ölkə xaricində çıxış edən oyunçularımızı izləyirik. Onların çıxış etdikləri komandalar böyük uğur əldə etməsələr də, voleybolçuların hər bir ayrı-ayrılıqda yaxşı oynadılar.

 

- Zədəli voleybolçularımızın son durumu necədi?

- Təəssüf ki, komandamız çoxdandı və uzun müddətdi zədədən əziyyət çəkir. Hazırda Ayşən Abduləzimova əməliyyatdan sonra demək olar ki, tam bərpa olunub. O, hətta əsas komanda ilə toplanışa yollanacaq və tam məşqlərə orda başlayacaq. Kristina Yaqubova da qrafik üzrə bərpa olunur. Lakin fikrimcə, oyunlara qədər tam bərpa oluna bilməyəcək. Çünki çox vaxt itirib. Oksana Kiselyova isə hələ ayyarım bərpa prosesi keçməlidi.

 

- Siz gedəndən sonra yığmada toppaylayıcı mövqeyində problemi yaranıb. Kimi özünüzə layiqli davamçı sayırsız?

- Bütün qızlar bu mövqe üçün çox çalışırlar. Təəssüf ki, bəzən zədələr maksimuma nail olmağa maneçilik törədir. Amma yenə də ümid edək ki, ilin əsas turniri – dünya çempionatına zədələrsiz yollana biləcəyik.

 

- Avropa Liqasında gənclərlə təcrübəlilərin sintezi olacaq, ya əsas heyət oynayacaq?

- Sloveniya toplanışına yollanacaq heyətə əsasən demək olar ki, yaşlı oyunçulara bərpa üçün çox vaxt veriləcək. Lakin onların final mərhələsində komandaya qoşulmaları da mümkündü.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 27 19 5 3 36-13 62

2.

Qəbələ

27 14 7 6 43-25 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10