[b]11-ci çempionluq[/b]
13.05.2018 - 22:46
[b]11-ci çempionluq[/b]

Ukrayna çempionu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, XXXI turda “Veres”i 1:0 hesabı ilə məğlub edən “Şaxtyor” səfər qələbəsi sayəsində qızıl medalları təmin edib.

 

Finişə 1 tur qalmış hesabında 75 xal olan Donetsk klubu ən yaxın izləyicisi Kiyev “Dinamo”sunu 5 xal qabaqlayır. Sonuncular səfərdə “Zarya”nı 1:0 hesabı ilə yensə də, çempionluq şansını itirib.

 

Ukrayna çempionu bununla da Çempionlar Liqasına vəsiqə qazanıb. Donetsklilər mübarizəyə birbaşa qrupdan başlayacaq.

 

Qeyd edək Ki, ardıcıl 2-ci dəfə çempion olan “Şaxtyor” ümumilikdə 11-ci zəfərini rəsmiləşdirib.

 

0