[b]Daha bir ölkədə çempion müəyyənləşdi[/b]
14.05.2018 - 10:16
[b]Daha bir ölkədə çempion müəyyənləşdi[/b]

UEFA-ya üzv olan daha bir ölkədə çempion müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Brügge” Belçika çempionatının qızıl medallarını qazanıb.

 

Bu, final mərhələsinin IX turundan sonra rəsmiləşib. Ən yaxın izləyicisi “Standard”la səfərdə heç-heçə edən (1:1) “Brügge” xal hesabını 56-ya çatdırıb və 2-ci yerdən 4 xal öndə qərarlaşıb.

 

“Anderlext”in də “Gent”ə 0:1 hesabı ilə uduzması çempionun müəyyənləşməsi ilə nəticələnib. Mövsümün sonuna 1 tur qalmış qazanılan qızıl medal “Brügge”nin tarixində 15-ci uğurdu.

 

Qeyd edək ki, Belçikanın ən yaxşısı Çempionlar Liqasının qrupuna vəsiqə qazanıb.

0