[b]Əfsanəvi qapıçı klubundan ayrıldı[/b]
14.05.2018 - 17:10
[b]Əfsanəvi qapıçı klubundan ayrıldı[/b]

İker Kasilyas “Porto” ilə yollarını ayırıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, əfsanəvi qolkiperin klubla müqavilə müddəti başa çatıb.

 

Rəhbərlik sabiq “Real”lı ilə yeni sazişə müsbət cavab verməyib. Bu səbəbdən mövsüm başa çatan kimi, 36 yaşlı oyunçu Portuqaliya təmsilçisindən ayrılıb. Kasilyas özü də tvitter səhifəsi vasitəsilə “Porto” azarkeşləri ilə vidalaşıb.

 

Qeyd edək ki, İker Kasilyas 16 il “Real”ın çərçivəsini qoruduqdan sonra 2015-ci ildə “Porto”ya keçmişdi.

0