[b]“Liverpul”un futbolçusu nə vaxt sağalacaq?[/b]
14.05.2018 - 20:17
[b]“Liverpul”un futbolçusu nə vaxt sağalacaq?[/b]

Aleks Oksleyd-Çemberleynin yaşıl meydanlara qayıdacağı vaxt açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu barədə “Liverpool Echo” xəbər yayıb.

 

Nəşr bildirib ki, Çempionlar Liqasının “Roma” ilə ilk oyununda dizindən zədə alan futbolçunun bərpa prosesi noyabrdan tez yekunlaşmayacaq. Xəbərdə həmçinin yarımmüdafiəçinin uğurlu əməliyyat keçirdiyi və artıq reabilitasiyaya başladığı da qeyd edilib. Həkimlərin rəyinə əsasən, futbolçunun yenidən tam gücü ilə oynaması üçün ən az 6 ay lazım olacaq.

 

Qeyd edək ki, Oksleyd-Çemberleynin DÇ-2018-də çıxış etməyəcəyi daha əvvəldən bəlli idi.

0