[b]DÇ-2018: Gerreronun arzusu “ürəyində qaldı”[/b]
15.05.2018 - 00:31
[b]DÇ-2018: Gerreronun arzusu “ürəyində qaldı”[/b]

Peru millisinin kapitanı Paulo Gerreronun arzusu baş tutmayacaq. Apasport.az saytının məlumatına görə, İdman Arbitraj Məhkəməsi (CAS) hücumçunun cəzasını 14 aya çatdırıb.

 

Buna səbəb Beynəxalq Antidopinq Agentliyinin (WADA) müraciətidir. Belə ki, Argentina ilə ötən ilin oktyabr ayında oynanılan matçdan sonra narkotik testi pozitiv çıxan futbolçu 12 ay cəza almışdı. Amma Gerreronun FİFA-ya şikayətindən sonra cəza yarıya endirilmişdi və hücumçu mundiala yollanmağa hazırlaşırdı.

 

Amma WADA-nın müraciəti onun istəyinin gerçəkləşməsinə mane olub.

 

Qeyd edək ki, millidə keçirdiyi 86 oyunda 32 qolla komandasının ən yaxşı bombardiri olan Gerrero 1982-ci ildən sonra ilk dəfə dünya çempionatında mübarizə aparacaq komandasına kömək edə bilməyəcək.

0