[b]DÇ-2018: Nigeriyanın geniş heyəti bəllidi[/b]
15.05.2018 - 01:54
[b]DÇ-2018: Nigeriyanın geniş heyəti bəllidi[/b]

Nigeriya yığması DÇ-2018 üçün ilkin heyəti açıqlayıb. Apasport.az Nigeriya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, komanda hazırlığa 30 futbolçu ilə start verəcək.

 

Mundiala isə 3 nəfər qapıçı olmaq şərtilə 23 oyunçu yollanacaq.

 

Qapıçılar: İkeçukvu (“Enimba”), Uzoxo (“Deportivo”), Akpeyi (“Çippa Yunayted”), Aciboe (“Plateu Yunayted”)

 

Müdafiəçilər: Şeku (“Bursaspor”), Ebuexi (“ADO Den Haaq”), Eyna (“Hall Siti”), Eçicile (“Serkl Brügge”), İdovu (“Amkar”), Avazyem Kollins (“Nant”), Trost-Ekonq (“Bursaspor”), Baloqun (“Maynts”), Omeru (“Kasımpaşa”), Eze (“Lokomotiv”)

 

Yarımmüdafiəçilər: Con Obi Mikel (“Tyançin Teda”), Onazi (“Trabzonspor”), Ndidi (“Lester”), Etebo (“Las Palmas”), Oqu (“Hapoel”, Bierşava), Aqbo (“Standart”), Coel Obi (“Torino”), Aqu (“Bursaspor”)

 

Hücumçular: Musa (MOİK), İhenaçço (“Lester”), Saymon (“Gent”), Mozes (“Çelsi”), İqalo (“Çançun Yatay”), Ayobi (“Arsenal”), Nvankvo (“Krotone”), Lokosa (“Kano Pillars”)

 

Qeyd edək ki, Nigeriya yığması DÇ-2018-də İslandiya, Argentina və Xorvatiya ilə eyni qrupda mübarizə aparacaq.

0