Qırğızıstan millisi Bakıya 23 futbolçu gətirir

Qırğızıstan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, mayın 29-da Azərbaycan yığması ilə yoxlama oyunu keçirəcək asiyalıların heyəti müəyyənləşib.

 

Baş məşqçi Aleksandr Krestinin oyunun hazırlıq prosesinə 23 futbolçu çağırıb. Bu heyət mayın 22-dən 30-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

 

Mayın 29-da baş tutacaq Azərbaycan – Qırğızıstan matçı Bakı Olimpiya Stadionunda baş tutacaq.

 

 

Qapıçılar: Kutman Kadırbekov, Valeri Kaşuba (hər ikisi “Dordoy”), Kalıs Akimaliyev (“Abdış-Ata”);

 

Müdafiəçilər: Kursanbek Şeratov, Tamirlan Kozubayev, Baxtiyar Duyşobekov, Askarbek Saliyev, Avazbek Otkeyev, Mustafa Yusupov (hamısı “Dordoy”), Amanbek Manıbekov (“Abdış-Ata”), Şerzot Şakirov (“Neftçi”);

 

Yarımmüdafiəçilər: Pavel Sidorenko, Aziz Sıdıkov, İslam Şamşiyev, Murolimjon Axmedov, Kayrat Jırqalbekuulu, Bekjan Saqınbayev (hamısı “Dordoy”), Odiljon Abduraxmanov (“Alay”), Farxat Musabekov (“İlbirs”), Alimardon Şukurov (“Abdış-Ata”), Tursunali Rustamov (“Alqa”);

 

Hücumçular: Mirlan Murzaev (“Somaspor”, Türkiyə), Roman Levçenko (“Torpedo”, Şadrinsk, Rusiya).

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10