[b]TPL: Son turun oyunlarının vaxtı açıqlandı[/b]
15.05.2018 - 15:00
[b]TPL: Son turun oyunlarının vaxtı açıqlandı[/b]

Topaz Premyer Liqasında 2017/2018-ci illər mövsümünün son turunun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, XXVIII turun oyunları 2 gün ərzində reallaşacaq. 

 

Bürünc medal baxımından əhəmiyyət kəsb edən üç qarşılaşma eyni saatda başlayacaq. “Qarabağ”la “Qəbələ” arasında görüş isə ertəsi gün baş tutacaq.


XXVIII tur
20 may (bazar)

17:15. “Səbail” – “Keşlə”
“Bayıl Arena”

17:15. “Kəpəz” – “Neftçi”
Gəncə şəhər stadionu


17:15. “Sumqayıt” – “Zirə”
Sumqayıt. Şəhər stadionu


21 may (bazar ertəsi)

19:00. “Qəbələ” – “Qarabağ”
“Azərsun Arena”

0