[b]Mourinyonun köməkçisi “Benfika”ya gedir[/b]
15.05.2018 - 21:21
[b]Mourinyonun köməkçisi “Benfika”ya gedir[/b]

Portuqaliyanın “Benfika” klubu özünə yeni baş məşqçi tapıb. Apasport.az saytının məlumatına görə, mövsümün sonunda Rui Vitoriyanı istefaya göndərəcək Lissabon klubu onu Joze Mourinyonun sabiq köməkçisi ilə əvəzləmək niyyətindədi.

 

Portuqaliya mətbuatı iddia edir ki, 17 il məşhur həmyerlisinin köməkçisi olan Ruy Fariya baş məşqçi fəaliyyətinə məhz “Benfika”da başlayacaq. Ötən həftə “Mançester Yunayted”i tərk edən mütəxəssis 2001-ci ildən “Leriya”, “Porto”, “Çelsi”, “İnter” və “Real”da da Mourinyonun assistenti olub.

 

0